“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatandan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”.
Demokrat.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
"Hazırda Şuşaya dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri gedir. Lakin tikinti işlərinin başlanacağı vaxt hələlik məlum deyil. Qərar verildikdən sonra müvafiq işlərə başlanılacaq".


