Kriminal

Bakının mərkəzində gənc ayağından bıçaqlandı

Bakının mərkəzində gənc ayağından bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Nizami küçəsində yerləşən Xaqani bağında 2003-cü il təvəllüdlü Cavadov Ümid Cavad oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun ayaq nahiyələrində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az