Gündəm

Şəhid hərbi qulluqçumuz dəfn edildi

Şəhid hərbi qulluqçumuz dəfn edildi

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Asif Əliyev dəfn edilib.

2002-ci il təvəllüdlü əsgər Əliyev Asif Adil oğlu Zarat kəndində torpağa tapşırılıb.

A.Əliyev Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Allah rəhmət eləsin! /report

D
demokrat.az