Diaspor

Nə qədər azərbaycanlı mühacir Avropadan Azərbaycana qaytarılıb? — AÇIQLAMA

Nə qədər azərbaycanlı mühacir Avropadan Azərbaycana qaytarılıb? — AÇIQLAMA

Bu il Avropa ölkələrindən Azərbaycana readmissiya olunan şəxslərin sayı açıqlanıb.

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu il ərzində 389 şəxs ölkəyə readmissiya olunub.

O qeyd edib ki, həmin şəxslər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində ölkəyə qaytarılıb.

Demokrat.az

D
demokrat.az