Hadisə

Ucarda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi

Ucarda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi

Ucarda qardaş qardaşı güllələyib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Alpout kəndində baş verib.

Kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasov əlindəki ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Salik Tofiq oğlu Abbasovu qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az