Sosial

Şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işlə təmin olundu — FOTO

Şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işlə təmin olundu — FOTO

Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına Füzuli rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət göstərilir.

Demokrat.az xəbər verir ki, bu günlərdə daha bir şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə qəbul olunub. Belə ki, Vətən müharibəsinin şəhidi Qəhrəmanov Üzeyir Xəlil oğlunun oğlu Xəlil Qəhrəmanlı Füzuli rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.

Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadiyyat” ixtisası üzrə bitirib. 2021-ci ildə AR-sı Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək müvəffəqiyyət qazanıb və müvafiq sertifikat əldə edib.

Şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işlə təmin olundu — FOTO

Demokrat.az

D
demokrat.az