Hadisə

14 zabitimiz şəhid oldu — 1 yaralı var

14 zabitimiz şəhid oldu — 1 yaralı var

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında hərbi helikopterimiz qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətinə məxsus olan, Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan helikopterdə 15 nəfər heyət olub.

Rəsmi açıqlamada əksəriyyəti yüksək rütbəli zabitlər olan heyət üzvlərindən ölən və yaralananların olduğu bildirilir. Qəza zamanı helikopterdə olan hərbçilərimizin siyahısı AFN-ə məlumdur. Həmin siyahını təqdim edirik:

Polkovnik Füzuli Cavadov Polkovnik leytenant Emil Nəzirov Kapitan Cavid Bayramlı Mayor Elmir Həsənov Mayor Emil Mayılov Mayor Elbrus Əhmədov Mayor Murad Məmmədov Kapitan Xəyyam Əliyev Baş leytenant Abdulla Süleymanov Mayor Emil Əliyev Leytenant Dərya Məclunov İşçi Nəbiyev Kapitan Ceyhun Əhmədxanov Baş leytenant Fərid Nağıyev

Həmin məlumatlarda deyilir ki, helikopterdə olan 15 zabitimizdən 14-ü şəhid olub. Onlardan yalnız biri yaralanıb.

Demokrat.az

D
demokrat.az