Gündəm

Politoloq: “Ola bilsin ki, Rusiya bundan narahat olsun”

Politoloq: “Ola bilsin ki, Rusiya bundan narahat olsun”

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının yüksək səviyyəli sammiti yeni dünya nizamının formalaşması fonunda önəmli tarixi hadisə olaraq böyük rezonans yaratdı. Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Türkmənistan təşkilata müşahidəçi statusunda üzv qəbul edildi. Bu Zirvə Görüşü, Türk Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılması, Türkmənistanın təşkilata gətirilməsi, türk coğrafiyasının genişlənməsi sözügedən strukturun güc mərkəzinə çevrilməsi hesab oluna bilər. Lakin bəllidir ki, Türkdilli dövlətlərin birliyini qəbul etməyən güclər də var. Bu birliyin möhkəmlənməsi daha çox kimləri qıcıq edir?

Suallımıza aydınlıq gətirən politoloq Fikrət Sadıqov Demokrat.az-a açıqlamasında bildirib ki, bu təşkilat birmənalı şəkildə heç bir birliyə, heç bir ölkəyə təhlükə yaratmır. Politoloqun sözlərinə görə, digər reallıq isə odur ki, bu, Qərb ölkələri üçün də heç bir təhlükə deyil:

“Ola bilsin ki, Rusiya müəyyən dərəcədə bundan narahat olsun, çünki orada onun bir sıra müttəffiqləri var. Misal üçün, KTMT mütəffiqləri Qırğızıstan, Tacikistan, Qazaxıstan. Bu dövlətləri ələbəttə ki, bu məsələ narahat edə bilər, müəyyən dərəcədə bəlkə də qıcıqlandıra bilər. Ancaq Rusiyanın narahatçılığı ondan ibarətdir ki, adını çəkdiyim ölkələr daha müstəqil bir dünya meydanında addımlar atsınlar və Rusiyayla bunu razılaşdırmasınlar. Əgər bu dövlətlər öz prioritetlərini belə tənzimləyərsə, onda Rusiyanın narahatçılığı ola bilər. Ancaq, bu heç də o demək deyil ki, bu ölkələr Rusiyanın tam nəzarətində qalmalıdırlar. Şübhə etmirək ki, həmin bu ölkələrin Türk Birliyinə daxil olan dövlətlərlə müxtəlif istiqamətlərdə onların öz xarici siyasət prioritetləri ola bilər. Ona görə də, bu, Rusiyanı narahat edir, yaxud da narahat etmir, Rusiyanın öz problemidir”.

Aynurə Demokrat.az

D
demokrat.az