İdman

“Qarabağ” “Omoniya” ilə matçda xal itirdi

“Qarabağ” “Omoniya” ilə matçda xal itirdi

Bu gün Konfrans Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.

Turnirdəki təmsilçimiz “Qarabağ” növbəti matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Qrupun digər görüşündə isə İsveçrə “Bazel”i Qazaxıstan səfərində “Kayrat”la qarşılaşıb. Meydan sahibləri bu oyunda uduzmasalar, "Qarabağ" "Omoniya"ya qalib gəlməklə 1/8 finala vasiqəni təmin edə bilərdi. Ancaq görüş "Bazel"in 3:2 hesablı qələbəsi ilə başa çatıb və İsveçrə klubu 11 xalla qrup lideri olub.Bu isə o deməkdir ki, kimin 1/8 finala, kimin pley-offa gedəcəyi son turda bəlli olacaq. Qrupun sonuncu - 6-cı turunda "Qarabağ" məhz "Bazel"lə səfərdə qarşılaşcaq.

Qeyd edək ki, qrup lideri olan komanda birbaşa 1/8 finala yüksələcək.Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.

25 noyabr

Avropa Konfrans Liqası

Qrup mərhələsi, 5-citur

21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr) - 2:2

Qol:Dyuriç, 43-pen., Qomez, 90 - Psaltis, 49-avtoqol, Andrade, 88,

Qırmızı vərəqə:Kiko, 66 ("Omoniya")

Baş hakim:Morten Krox (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu

D
demokrat.az