Hadisə

Bərdədə iki piyadanı maşın vurdu, biri öldü

Bərdədə iki piyadanı maşın vurdu, biri öldü

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki nəfər yolu keçmək istəyərkən onları "VAZ-2107" markalı minik avtomobili vurub. 1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./trend

D
demokrat.az