Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından Qldani həbsxanasındakı xəstəxanaya köçürülüb.
Bu barədə Xüsusi Penitensiar Xidməti açıqlama verib.
Müxtəlif kütləvi informasiya vasitələrində üçüncü prezidentin Rustavi həbsxanasından Qoridə hərbi xəstanaya köçürüldüyü barədə yayılan məlumatların təkzib olunduğu açıqlama deyilir:
"Məhkum Mixail Saakaşvilinin səhhətinin pisləşməsinin qarşısını almaq və təhlükələrin artması ilə əlaqədar 12 saylı cəzaçəkmə müəssisəsindən 18 saylı Qldani cəzaçəkmə müəssisəsinə köçürülüb. Biz mərhələli şəkildə ictimaiyyətə əlavə məlumat verəcəyik".
Demokrat.az


