Gürcüstanda dekabrın 1-dən etibarən bəzi ictimai yerlərə giriş “yaşıl pasport”la mümkün olacaq.
Yeni qərar 18 yaşından yuxarı şəxslərə və turistlərə şamil olunacaq.
Koronavirusa yoluxub sağalan, 72 saat ərzində PCR testi verən, iki doza vaksinasiyası olan şəxslər haqqında məlumatları özündə birləşdirən “yaşıl pasport”la daxil olmağa icazə verilən yerlərin siyahısı isə belədir:
iaşə obyektləri restoranlar açıq və qapalı yerlərdə kafe və barlar kinoteatrlar teatrlar opera muzeylər konsert zalları əyləncə mərkəzləri kazinolar və əyləncə obyektləri spa mərkəzləri fitnes otaqları otellər dağ kurortlarında kanat avtomobilləri.
“Yaşıl pasport”u ədliyyədən əldə etmək, yaxud xüsusi proqram vasitəsilə QR-kodu smartfona yükləmək olar./qafqazinfo


