Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə193vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı8,ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı21, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə164nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı9 917 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı4 997 514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı4 435 101, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə485 126təşkil edir.


