Daxili siyasət

Milli Məclisin növbəti iclaslarının vaxtı açıqlandı

Milli Məclisin növbəti iclaslarının vaxtı açıqlandı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı müəyyənləşib.

Bu barədə "Report"a parlament Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

O bildirib ki, qanunverici orqanın növbəti toplantıları noyabrın 16-sı, 17-i və 18-də keçiriləcək. İclaslarda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunacaq.

Demokrat.az

D
demokrat.az