İnfrastruktur

Ekspert: “Zəfər yolu”nun iki əsas əhəmiyyəti var

Ekspert: “Zəfər yolu”nun iki əsas əhəmiyyəti var

Xəbər verdiyimiz kimi, ötən gün Füzuli rayonunda “Zəfər yolunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Bəs, Zəfər yolunun Azərbaycan üçün əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov bildirib ki, “Zəfər yolu”nun geostrateji və iqtisadi əhəmiyyəti böyükdür.

Ekspert qeyd edib ki, bu yolun çəkilişi iqtisadi inkişaf üçün ən vacib amillərdəndir:

Ekspert: “Zəfər yolu”nun iki əsas əhəmiyyəti var
“Qədim Romada belə bir ifadə var idi: “Bütün yollar Romaya aparır”. Sözsüz ki, Qarabağdakı bütün yollar da onun mənəvi və mədəni paytaxtı olan Şuşaya aparacaq. “Zəfər yolu”nun iki əsas əhəmiyyəti var. Birincisi, onun simvolik əhəmiyyətidir. Çünki Zəfər yolu məhz elə İkinci Qarabağ Müharibəsinin qazanılmasında ən əsas rol oynayan Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlıdır. Məhz bu səbəbdən də Şuşa yolunu “Zəfər yolu” adlandırılır.

İkinci əhəmiyyəti isə onun geostrateji və iqtisadi əhəmiyyətindən ibarətdir. Bu yolun çəkilişi bir daha Qarabağda ciddi şəkildə quruculuq işlərinin və Qarabağın iqtisadi inkişafının göstəricisidir. Çünki yolların çəkilməsi iqtisadi inkişaf üçün başlıca amillərdən biridir. “Zəfər yolu”nun hazırlanması Qarabağın qısa zaman ərzində iqtisadi inkişaf etmiş bir əraziyə çevriləcəyinin xəbərçisidir”.

Aynurə Demokrat.az

D
demokrat.az