Hadisə

Avtobus velosipedçini və yaşlı qadını vurdu

Avtobus velosipedçini və yaşlı qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatəna görə, hadisə Aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 141 saylı sərnişin avtobusu idarəetmədən çıxaraq əvvəlcə velosipedçini, sonra isə təxminən 55-60 yaşlı qadını (hər ikisinin şəxsiyyətləri müəyyənləşdirilir-red) vurub. Nəticədə hər iki şəxs ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./report

D
demokrat.az