Kriminal

26 yaşlı gənc davada bıçaqlandı

26 yaşlı gənc davada bıçaqlandı

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Musayev Təvəkkül Şahvələd oğlu qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Təvəkkül Musayev dava zamanı bıçaqlanıb. O, hadisə vaxtı sərxoş olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.(qafqazinfo.az)

D
demokrat.az