Hadisə

Ağcabədidə 11 yaşlı yeniyetməni avtomobil vurdu

Ağcabədidə 11 yaşlı yeniyetməni avtomobil vurdu

Ağcabədidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cəfərova Məxmər Rəsul qızını yaşadığı evin qarşısında vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə çatdırıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az