Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda “Ekspo 2020” ümumdünya sərgisi keçirilir.
Demokrat.az Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor SeqalDubaydakı sərgidə Azərbaycan stendini ziyarət edib. 
“Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
Malik Demokrat.az


