“Starlink” peyk interneti şəbəkəsinin qurucusu İlon Mask aviaşirkətlərlə danışıqlar aparır.
Bu barədə o, özünün sosial şəbəkə səhifəsində istifadəçilərin suallarını cavablandırarkən məlumat verib.
Mask hazırda təyyarələrin peyk internetilə təchiz edilməsi barədə aviadaşıyıcılarla danışıqlar aparıldığını bildirib. O, sözügedəntəşəbbüsü bəyəndikləri təqdirdə bu barədə həmin şirkətlərə məlumat verməyi istifadəçilərdən xahiş edib.


