Region

Saakaşvili üçün həkim qrupu yaradıldı — Səhhətində problemlər var

Saakaşvili üçün həkim qrupu yaradıldı — Səhhətində problemlər var

Gürcüstanın keçmiş prezidentiMixeil Saakaşviliaclıq aksiyasını davam etdirir.

Onun vəziyyətini qiymətləndirmək üçün həkim qrup yaradılıb. Sabiq dövlət başçısının Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyətinə razılıq verib-verməməsi bilinmir.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən siyasətçi artıq 13-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.

D
demokrat.az