Azərbaycanda zəlzələ qeydə alınıb.
Demokrat.az bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.
Zəlzələ 3,1 maqnitudada baş verib. *** Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb. Demokrat.az


