Hadisə

Bakıda qəza: Avtomobil iki piyadanı vuraraq öldürdü

Bakıda qəza: Avtomobil iki piyadanı vuraraq öldürdü

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN)məlumat yayıb.

Bildirilib ki, sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi VAZ-2104markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil

Canatovu və Tərlan Şahpələngovu vurub.

Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

D
demokrat.az