Hadisə

Yolu keçən kişini maşın vurdu

Yolu keçən kişini maşın vurdu

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyev İbrahim Zabit oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /apa

D
demokrat.az