Hadisə

Abşeronda yol qəzasında gəncin ayağı sındı

Abşeronda yol qəzasında gəncin ayağı sındı

Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Masazır-Novxanı yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Əhmədov Elmir Elməddin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az