İdman

Cavid Hüseynov “Cəbrayıl” futbol klubu yaratdı

Cavid Hüseynov “Cəbrayıl” futbol klubu yaratdı

“Qəbələ”nin və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov yeni klub yaradıb.

Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib.

O bildirib ki, yaratdığı klubun adı “Cəbrayıl”dır və eyniadlı rayonu təmsil edir.

Qeyd edək ki, Cavid Hüseynov əslən Cəbrayıl rayonundandır. Onun atası baş leytenant Şakir Abbasov 1993-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Demokrat.az

D
demokrat.az