İdman

Sotomayor karyerasını bitirdi

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov “Tokio-2020” Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib.

Vitse-prezident boksda Azərbaycanın Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, Rio-2016-nın finalçısı olan Sotomayorun artıq yığmada çıxışını başa vurduğunu açıqlayıb.

O, qeyd edib ki, Avropa Oyunlarında iki dəfə fəxri kürsüyə yüksələn 36 yaşlı idmançı artıq karyerasını başa vurmaq qərarına gəlib.

Demokrat.az

D
demokrat.az