Dünya

Suriyada Türkiyənin iki hərbçisi şəhid oldu

Suriyada Türkiyənin iki hərbçisi şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıb.

Demokrat.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Yaralı hərbçilər hospitala yerləşdirilib.(report.az)

D
demokrat.az