UEFA futbol üzrə dünya çempionatını boykot edə bilər. Demokrat.az xəbər verir ki, bu barədəUEFA-nın prezidenti Aleksandr Çeferin məlumat verib. Çeferin ildə 2 dəfə keçiriləcəyi təqdirdə futbol üzrə dünya çempionatının boykot olunacağını istisna etməyib. "Belə dünya çempionatı ilə uğurlar, düşünürəm ki, bu heç vaxt olmayacaq, çünki bu, futbolun əsas prinsiplərinə ziddir. Aylıq turnir oyunçuların "qatili" olacaq", - deyə o qeyd edib. Xatırladaq ki, futbol üzrə növbəti dünya çempionatı Qətərdə keçirilməlidir. Yarış 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
UEFA dünya çempionatını boykot edə bilər
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


