"Ermənistan hava yolu şirkəti Türkiyənin hava məkanı ilə uçuşların bərpası ilə bağlı danışıqlar aparır. Türkiyənin Ermənistan hava yollarına hava məkanını verməkdən imtina etməsi uçuşların qiymətinə və müddətinə təsir edir".
Demokrat.az xəbər verir ki, bu barədə "Ermənistan" Hava Yollarının direktor müavini Gevorq Xaçatryan bildirib.
O əlavə edib ki, hava yolunun bütün altı illik fəaliyyəti ərzində onun təyyarələri Türkiyənin hava məkanı ilə yanaşı, Türkiyə hava yolları da Ermənistan ərazisindən keçib. Mart-aprel aylarında hava yolu şirkəti Türkiyə ərazisindən keçmək üçün icazə istədi və rədd edildi. "Hazırda Türkiyə hava məkanı ilə uçmuruq, amma danışıqlar gedir və görünür, müsbət irəliləyiş var. Ümid edirik ki, məsələ qısa müddətdə həll olunacaq", - direktor müavini bildirib.
Xaçatryan qeyd edib ki, naviqasiya planının dəyişməsi səbəbindən uçuş müddəti artır, buna görə də yanacaq xərcləri artır. Bundan başqa, Türkiyənin və digər ölkələrin naviqasiya xərclərində müəyyən fərq var.
Bildirilir ki, 44 günlük müharibənin başlamasına 20 gün qalmış, 9 sentyabr 2020-ci ildən etibarən Türkiyə Ermənistanda qeydiyyatda olan təyyarələrin öz hava sahəsinə girişini qadağan etmişdi. Xaçatryan bəyan edirbki, Ermənistanın hava məkanı Türkiyə də daxil olmaqla bütün mülki təyyarələr üçün açıqdır.(turkustan.az)


