Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun intim videosu yayılıb. Bəs Ramiz Göyüşov kimdir? Ramiz Göyüşov haqqında məlumatı təqdim edirik: Göyüşov Ramiz Cahandar oğlu 1 sentyabr 1954-cü ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. Uzun illər icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışmış, 1990-1991-ci illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-cı illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2005-2019-cu illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında şöbə müdiri vəzifəsində işləyib. Dövlət qulluğu müşaviridir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. 11 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının XIII konfransında sədr və 18 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının IX konfransında sədr seçilmişdir.(Metbuat.az)
İntim görüntüləri yayılan Ramiz Göyüşov kimdir?
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


