Maliyyə

Gələn il təhsil xərcləri 12 faizdən çox artacaq

Gələn il təhsil xərcləri 12 faizdən çox artacaq

Gələn il dövlət büdcəsində proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3740,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da

2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.

D
demokrat.az