Hadisə

Köməksiz qalan 4 nəfər xilas edildi

Köməksiz qalan 4 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

Demokrat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hər iki vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Digər bir məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

D
demokrat.az