Dünya

Pəncşir vilayəti uğrunda gedən döyüşlərdə "Taliban"ın xeyli üzvü öldürülüb

Pəncşir vilayəti uğrunda gedən döyüşlərdə Talibanın xeyli üzvü öldürülüb

Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Qüvvələri "Taliban" hərəkatının bölgədəki altı forpostun ələ keçirilməsi iddialarını təkzib edib.

Trend-in məlumatına görə, bu barədə bölgədəki mənbələrdən xəbər verilib.

Məlumatda qeyd olunub ki, "Taliban" həqiqətən dünən axşamdan bəri Pəncşirə daxil olmağa çalışır, amma cəhdləri uğursuz olur:

"Heç bir forpost onlar tərəfindən ələ keçirilməyib. Onlar böyük itkilər verir və geri çəkilməyə məcbur olurlar".

Onun sözlərinə görə, 300-dən çox "Taliban" döyüşçüsü öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb.

D
demokrat.az