İtaliya Əfqanıstandan təxliyə işlərini avqustun 28-də Kabildən Romaya təşkil edilən son aviareyslə tamamlayıb. Demokrat.az BBC-yə istinadla xəbər verir ki, təyyarəni qarşılayan İtaliyanın xarici işlər naziri Luici Di Maio ümumilikdə 5000 əfqanın təxliyəsində iştirak edən hər kəsə təşəkkür edib. İtaliya bir müddətdir ki, Kabil-Küveyt-Roma marşrutu ilə təxliyə əməliyyatlarını həyata keçirirdi. Avqustun 28-də İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing 767” təyyarəsi 58-i əfqan olmaqla 110 nəfəri Romanın Fiumicino Hava Limanına gətirib.
İtaliya da Əfqanıstandan çıxdı
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


