Dünya

“Akıncı” PUA-ları silahlanmaya qəbul edilir

“Akıncı” PUA-ları silahlanmaya qəbul edilir

Türkiyənin müdafiə sənayesi sektorunun öncül istehsalçılarından olan “Baykar Savunma” şirkəti tərəfindən istehsal edilən “Akıncı” zərbə PUA-ları sabah xüsusi mərasimlə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb. Agentlik qeyd edir ki, PUA-ları ölkə daxilində və xaricdə səmərəli istifadə edən təhlükəsizlik qüvvələri “Akıncı” ilə yeni əməliyyat qabiliyyətləri əldə edəcəklər. İlk uçuşunu 2019-cu ilin dekabr ayında reallaşdıran “Akıncı” PUA-larından 3 prototip istehsal edilib. Prototipin ardınca PUA-ların kütləvi istehsal prosesi başlayıb. 11.5 min metr yüksəklikdə 25 sat 46 dəqiqə qalan PUA-lar Türkiyənin aviasiya tarixində yüksəklik rekordu qırıb. “Akıncı” sınaq və təlim uçuşları müddətində ümumilikdə 1000 saatdan çox havada qalıb. 6 ton qalxma çəkisinə malik “Akəncə” MAM-C, MAM-L, MAM-T kimi raketlər, peyk rabitə sistemi, müasir radarlarla təchiz edilib./Modern.az

D
demokrat.az