Daxili siyasət

İctimai və dövlət maraqlarının birləşməsi müharibədəki qələbəmizdə böyük rol oynadı

İctimai və dövlət maraqlarının birləşməsi müharibədəki qələbəmizdə böyük rol oynadı

Dövlət və ictimai maraqların müdafiəsi, onların bir-birini tamamlaması və bəzi hallarda toqquşması sıx müzakirə olunan məsələlərdəndir. Bir çox hallarda dövlət və ictimai maraqlar, o cümlədən milli maraqlar eyni konteksdə təhlil edilir. Dövlət maraqlarında ictimai maraqların da müəyyən mənada ehtiva olunduğu məlumdur. Bəs dövlət və ictimai maraqların qorunmasında məsuliyyəti kimlər daşıyır? Bu maraqların toqquşduğu hallarda proses necə tənzimlənir?

Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında dövlət və ictimai maraq anlayışlarının bir-birini tamamladığını və Azərbaycanda əksər hallarda üst-üstə düşdüyünü qeyd edib:

İctimai və dövlət maraqlarının birləşməsi müharibədəki qələbəmizdə böyük rol oynadı
“İctimai və dövlət maraqlarının müdafiə olunması milli maraqlarırn qorunmasına anlamına gəlir. Xarici siyasətimizdən bəhs edərkən, dövlətin milli maraqlarını beynəlxalq aləmdə müdafiəsi ilə bağlı həyata keçirdiyi siyasət nəzərdə tutulur. Bu baxımdan, ictimai və dövlət maraqları bir-birini tamamlayır. Milli maraqların qorunması hər kəs üçün daha əhəmiyyətlidir".

E.Nəsirov hesab edir ki, ictimai və dövlət maraqlarının üst-üstə düşməsi II Qarabağ müharibəsində qələbə qazanmağımıza təsir göstərib:

İctimai və dövlət maraqlarının birləşməsi müharibədəki qələbəmizdə böyük rol oynadı
"Azərbaycan Prezidenti həm daxili, həm də xarici siyasəti müəyyənləşdirir və bu siyasətin mərkəzində milli maraqların müdafiəsi dayanır. Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində milli maraqların qorunması müstəsna rol oynadı. İctimai və dövlət maraqlarının birləşməsi, eyni fikirdən çıxış etməsi müharibədəki qələbəmizdə böyük əhəmiyyət kəsb etdi. İndiki məqamda isə artıq milli maraqların qorunması istiqamətində işlərimizi gücləndirməli, ictimai-siyasi sabitliyi təmin etməliyik. İctimai-siyasi sabitliyin təminatçısı ölkə başçısı və onun arxasında dayanan xalqdır. Xalqın hər bir nümayəndəsi dövlət və ictimai maraqların uzlaşması, ən yaxşı şəkildə müdafiəsi üçün öz töhfəsini verməlidir. Lakin nəzərə almalıyıq ki, dövlət və ictimai maraqları müdafiə etmək o qədər də asan deyil. Bunun üçün ilk növbədə müstəqil siyasətin aparılması vacibdir. Lakin dünyanın güc dövlətləri buna qarşı çıxır, diqtə etməyə cəhd göstərirlər" - deyə deputat əlavə edib.
İctimai və dövlət maraqlarının birləşməsi müharibədəki qələbəmizdə böyük rol oynadı
Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əvəz Həsənov məsələ ilə bağlı açıqlamasında dövlət və ictimai maraqların qorunmasında vətəndaş cəmiyyətinin vacib rol oynadığını qeyd edib:

"Dövlət və ictiami maraqların qorunmasının icrası ilə bağlı məşğul olan dövlət qurumu yoxdur. Onlarla nazirlik, yüzlərlə komissiya, komitələr var və onlar cəmiyyətdə gedən prosesləri izləməklə yanaşı, ölkədə ictimai maraqların müdafiəsi ilə bağlı təkliflərini irəli sürürlər. Məsələn, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər prosesləri izləyir və onlarla bağlı dövlətə təkliflərini bildirir. Həmçinin vətəndaş cəmiyyəti bu proseslərdə ictimai əsaslarla fəaliyyət göstərir. Dövlət və ictimai maraqların qorunması üçün institutlaşma olmasa da, nəzərdə tutulan funksiyaları üzərinə götürəcək qurumlar dövlət orqanlarının yanında yaradıla bilər.Siyasi partiyalar, vətəndaş cəmiyyəti və mətbuat dövlət və ictimai maraqların toqquşmasını tənzimləyən struktur hesab edilir" - Ə.Həsənov bildirir.

İctimai və dövlət maraqlarının birləşməsi müharibədəki qələbəmizdə böyük rol oynadı
"Müharibə dövründə ölkədə dövlətin və cəmiyyətin maraqları üst-üstə düşdü və hər kəs bir olaraq prosesin tez bir zamanda müsbət yekunlaşmasına çalışdı. Elə məsələlər ola bilər ki, dövlət və hakimiyyət maraqları müəyyən mənada toqquşsun. Bu məsələlərə sosial nüanslar, konkret tədbirlər, siyasi proseslərlə bağlı məsələlər daxildir. Dövlət prosesin icraçısıdır, xidməti təşkil edir. Bu xidməti alacaq və ötürə biləcək strukturların nə qədər effektiv olması isə sadaladığımız nüanslardan – mətbuat, siyasi partiyalar, QHT-dən asılıdır. Dövlət və ictimai maraqların toqquşduğu hallarda belə proseslərin tənzimlənməsinə çalışılır. Xüsusilə, vətəndaş cəmiyyəti qurumları konkret təkliflərlə çıxış etməlidirlər".
İctimai və dövlət maraqlarının birləşməsi müharibədəki qələbəmizdə böyük rol oynadı

Aygül Qarayeva Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Demokrat.az

D
demokrat.az