Kriminal

Şəmkir sakini Rusiyada həmkəndlisini qətlə yetirdi

Şəmkir sakini Rusiyada həmkəndlisini qətlə yetirdi

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

Demokrat.az xəbər verir ki, hadisə Moskva şəhərində yerləşən “Fud siti” bazarında qeydə alınıb.

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, üç övladı var.(apa.az)

D
demokrat.az