"Neftçi" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
Demokrat.az-ın məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşma saat 21:00-da start götürüb.
Görüşü Fransa Futbol Federasiyasından Villi Delajo idarə edir.
21:04:53 ***
10-cu dəqiqədə qonaqlar hesabı açır - 0:1.
***
İkinci hissə başladı.
***
50-ci dəqiqədə "Neftçi" hesabı bərabərləşdirir. Yusuf Laval fərqlənir - 1:1.
** Bakıda keçirilən qarşılaşma 3:3 hesablı ilə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində qolları Y.Laval (50-ci və 66-cı dəqiqələ) və E.Mahmudov vurublar, rəqib komandanın heyətində isə O.Atsili (9-cu dəqiqə), T.Şeri (78-ci və 90+8-ci dəqiqələr) fərqləniblər.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 26-sı İsraildə keçiriləcək.


