Bu gün 50 nəfər Şuşa sakini şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək imkanı qazanıblar.
Demokrat.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə, ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər.
Şuşa sakinləri arzularını reallaşdırdığı üçün Ali Baş Komandana təşəkkür ediblər.
Şuşa sakinləri Xankəndidə yaşayan ermənilərə də çağırış ediblər:
"Xankəndidə yaşayan erməni əhalisinə sözümüz odur ki, ağıllı olsunlar, Azərbaycan qanunlarına əməl etsinlər, terrorçu erməni liderlərinin yalançı vədlərinə aldanıb özlərinin sonunu gətirməsinlər. Artıq onların başının üzərində güclü Azərbaycan Ordusu və Ali Baş Komandanın dəmir yumruğu dayanıb".
Şuşalıların Cıdır düzündən fotolarını təqdim edirik:
Demokrat.az


