Kriminal

Şəmkirdə 51 yaşlı kişi döyüldü — Vəziyyəti ağırdır

Şəmkirdə 51 yaşlı kişi döyüldü — Vəziyyəti ağırdır

Şəmkir rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Ələkbərov Mahmud döyülərək ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi, onun kim və ya kimlər tərəfindən döyüldüyü barədə məlumat yoxdur .

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

D
demokrat.az