Dünya

Rusiyanın Kabildəki səfiri "Taliban"ı təriflədi

Rusiyanın Kabildəki səfiri Talibanı təriflədi

Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov "Taliban"ın mövqeyini yüksək qiymətləndirərək, hələ də rəsmən Moskvanın terror təşkilatları siyahısında olan hərəkatın əvvəlki hökumətlə müqayisədə ilk 24 saatda paytaxtı daha təhlükəsiz yerə çevirdiyini söyləyib.

AJMEDİA.İNFO xəbər verir ki, Jirnov "Taliban"ın indiyə qədərki addımlarından təsirləndiyini bildirərək, yanaşmalarını “yaxşı, pozitiv və sistemli” adlandırıb.

“Vəziyyət dinc və yaxşıdır, şəhərdə hər şey sakitləşib. Kabildə hazırda vəziyyət Əşrəf Qani dövründən daha yaxşıdır. Rejim dünən kağız ev kimi yıxıldı. Orada qarışıqlıq, hakimiyyət boşluğu vardı və talançılar küçələrə axışmışdılar”, - səfir qeyd edib.

Rusiya səfiri əvvəlcə silahsız "Taliban" üzvlərinin paytaxta girdiyini, hökumət və ABŞ qüvvələrindən silahlarını təhvil vermələrini istədiklərini söyləyib. Jirnov deyib ki, silahlı "Taliban" qoşunları Qani qaçdıqdan və komendant saatı tətbiq edildikdən sonra Kabilə daxil olub.

Jirnov "Taliban"ın 100-dən çox şəxsi heyəti olan Rusiya səfirliyinin təhlükəsizlik xəttini nəzarətə aldığını və hərəkatla ətraflı təhlükəsizlik danışıqları aparacağını açıqlayıb.

Dmitri Jirnov "Taliban"ın Rusiya diplomatlarını əvvəlki razılaşmalara uyğun olaraq qoruyacağını vəd etdiyini, Qərbin qorxularının hələ də həyata keçmədiyini söyləyib.

Rusiya səfiri Kabildə bütün məktəblərin qızlar da daxil olmaqla yenidən təhsilə başladığını diqqətə çatdırıb.

Demokrat.az

D
demokrat.az