Dünya

"Taliban" Əfqanıstanda məmurlar və hökumət rəsmiləri üçün ümumi əfv elan etdi — "İşinizə geri dönün..."

Taliban Əfqanıstanda məmurlar və hökumət rəsmiləri üçün ümumi əfv elan etdi — İşinizə geri dönün...

Əfqanıstanda paytaxt Kabili ələ keçirən "Taliban" hərəkatı dövlət idarələrində çalışan məmurlar üçün ümumi əfv elan edib.

Demokrat.az xəbər verir ki, bu haqda Frans Press agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, "Taliban"ın hökumət rəsmiləri üçün də ümumi əfv elan edərək, onları vəzifələrinin başına dönməyə çağırıb.

"Hamı üçün ümumi bir əfv elan edildi. Bu səbəbdən gündəlik həyatınıza tam əminliklə başlamalısınız", deyə "Taliban"ın çağırışnda qeyd olunur.

Demokrat.az

D
demokrat.az