Dünya

Navalnının mətbuat katibinə hökm oxundu

Navalnının mətbuat katibinə hökm oxundu

Rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmışa hökm oxunub.

“Report” “Russia Today”ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə K.Yarmış 1,5 il müddətinə azadlıqdan məhrum olunub.

O, 2021-ci ilin yanvarında Moskvada keçirilmiş aksiyalarda əhalini sanitar normaları pozmağa çağırmaqda təqsirli bilinib.

Demokrat.az

D
demokrat.az