İdman

Konfrans Liqası: "Qarabağ" pley-off-a yüksəldi

Konfrans Liqası: Qarabağ pley-off-a yüksəldi

"Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qalib gələrək pley-off-a yüksəlib.

Demokrat.az-ın xəbərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL klubundan üstün olan (1:0) təmsilçimiz iki görüşün nəticəsinə əsasən mərhələ adlayıb. Tərəflər arasında ilk görüş 1:1 hesablı heç-heçə bitmişdi.

12 avqust

Konfrans Liqası III təsnifat mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) - 1:0 Qol: Kadi, 87 Baş hakim: Kristo Tohver (Estoniya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun – 1:1

Qeyd edək ki, “Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Zaur Demokrat.az

D
demokrat.az