Hadisə

Eldar Əzizov Baş redaktorun qardaşını işsiz qoydu

Eldar Əzizov Baş redaktorun qardaşını işsiz qoydu

Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri işsiz qalıb.

Demokrat.Az Azxeber.com-a istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici Əlaqələr departamenti ləğv edilib.

Rasim Quliyev

Departamentin rəisi Rasim Quliyev hazırda işsizdir.

Qeyd edək ki, bir neçə ay öncə Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev vəzifəsindən azad edilmişdi, Eldar Əzizov daha sonra ona Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici əlaqələr departamentini həvalə etmişdi.

Bəhruz Quliyev

Qeyd edək ki, Rasim Quliyev xalq hərəkatının fəal iştirakçısı, Ulu Öndər Heydər Əliyevin ən sadiq silahdaşlarından biri olub. "Səs” qəzetinin və eyniadlı media holdinqin rəhbəri Bəhruz Quliyevin qardaşıdır.

Demokrat.Az

D
demokrat.az