Hadisə

Ana və iki övladı yol qəzasında xəsarət aldı

Ana və iki övladı yol qəzasında xəsarət aldı

Gədəbəy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Aytəkin Həsən qızı və onun övladları, 2006-cı il təvəllüdlü M. A və 2008-ci il təvəllüdlü M. L müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az