Dünya

Fransada əhali aksiyalara başladı: Virusa görə qadağalara ETİRAZ

Fransada əhali aksiyalara başladı: Virusa görə qadağalara ETİRAZ

Fransada “sanitar buraxılış"lara etiraz olaraq kütləvi aksiyalar keçirilir.

Cebhe.info xəbər verir ki, ölkədə koronavirusun yayılması ilə əlaqədar bu buraxılışlar olmadan kafe-restoranlara, qatar və təyyarələrə giriş qadağandır. İstisna hələlik ancaq avtobuslaradır.

Kütləvi aksiyaları yatırmaq üçün polis hətta bir neçə məntəqədə gözyaşardıcı qazdan istifadə edib.

Fransanın 150 şəhərində müxtəlif zamanlarda aksiya keçirilib. Ümumilikdə 230 min nəfərin aksiyada iştirak etdiyi bildirilir.

Paris küçələrinə eyni anda 17 min etirazçı çıxıb.

Fərqli ərazilərdə 5 yürüş keçirilib. Ümumilikdə vəziyyət sabit olib, ancaq bəzi yerlərdə polislə toqquşmalar qeydə alınıb.

Lionda da əhali etiraza qalxıb. Burada 3 minə yaxın etirazçı küçələrə çıxıb. Polis gözyaşardıcı qazdan istifadə edib. Ümumilikdə 35 nəfər saxlanılıb. 7 polis əməkdaşı yüngül xəsarət alıb.

Ölkədə sanitar buraxılış qaydasını Konstitusiya Şurası təsdiqləyib. Buna qədər isə sənədi parlamentin hər iki palatası təsdiq etmişdi. Əhali qərarın Konstitusiya Şurasından keçməyəcəyinə əmin idi. Ancaq gözlənti doğrulmayıb.

D
demokrat.az