İdman

Tokio-2020: Azərbaycan karateçisi finala yüksəldi — YENİLƏNİB

Tokio-2020: Azərbaycan karateçisi finala yüksəldi — YENİLƏNİB

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Demokrat.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.(report.az)

***10:57

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Demokrat.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib.

Zarestka rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.(report.az)

***10:31

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Demokrat.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasını Sofya Berultseva (Qazaxıstan) ilə keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.(report.az)

***09:45

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Demokrat.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Zaretska yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.(report.az)

D
demokrat.az