Hadisə

Hakim qərar verdi: Zakir Sultanov Bakı istintaq təcridxanasına köçürüldü — Məhkəmə

Hakim qərar verdi: Zakir Sultanov Bakı istintaq təcridxanasına köçürüldü — Məhkəmə

Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prosesdə Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılan Zakir Soltanovun Bakı İstintaq Təcridxanasına Köçürülməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə baxış iclası avqustun 13- nə təyin edilib.

İttihama görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinib. Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az